Advanced Search

We found 0 results. View results

Satılır 6 otaqlı həyət evi/bağ evi 234 m², Qara Qarayev m.

368.000 ₼
Sənəd Bələdiyyə

Əmlak Detalları

  • Updated On:
  • 18 Yanvar 2026
  • 6 Rooms
  • 234 m2
  • Property ID
  • 85959

Açıqlama

Sahə 234 m²

Torpaq sahəsi 3.3 sot

Otaq sayı 6

Çıxarış var

Təmir var

Qara Qarayev metrosuna və Sevinc Mall-a təxminən 10 dəqiqəlik məsafədə, şəhərin bahalı və prestijli ərazisində yerləşən, ümumi sahəsi 3.3 sot olan torpaq sahəsində inşa edilmiş təmirli 6 otaqlı həyət evi satılır. Ərazi infrastruktura baxımından çox əlverişlidir — yaxınlıqda aptek, marketlər və avtobus dayanacağı mövcuddur.

Həyətdə 2 mərtəbəli əsas yaşayış evi1 mərtəbəli əlavə köməkçi ev yerləşir. Həyət abadlaşdırılıb, müxtəlif növ meyvə ağacları var və ağacların inkişafı üçün Şamaxı və Gəncə torpağı tökülüb.

Əsas ev 234 m² sahəyə malikdir, 6 otaqdan ibarətdir. Həm 1-ci, həm də 2-ci mərtəbədə hamam və sanitar qovşağı mövcuddur. 1-ci mərtəbədəki sanitar qovşaq yeni sahibin zövqünə uyğun yenidən təmir edilə bilər. Evin balkonu var və istəyə görə böyütmək imkanı mövcuddur. Qaz, su, işıq daimidir, hər iki ev kombi sistemi ilə təchiz olunub.

Ev 2006-cı ildə tikilib, qanuni qeydiyyatlıdırlisenziyalı layihə əsasında inşa edilib. Dövlət tərəfindən kupçanın bu il veriləcəyi bildirilib. Alqı-satqı notarial qaydada həyata keçirilir.

Köməkçi ev də qaz, su, işıq və kombi sistemi ilə təmin olunub. Yaşayış və investisiya baxımından çox əlverişli, geniş və komfortlu həyət evidir.KOD:0200

Address: Qara Qarayev
State/County:
Country: Azərbaycan

Property Id: 85959
Price: 368.000 ₼
Property Size: 234 m2
Rooms: 6
Fərdi İD: 0200
Mərtəbələrin sayı: 2
Sahə, sot: 6 sot

Other Features
Əşyalı
İşıq
Mətbəx mebeli
Su
Təbi qaz
Təmirli

Contact Me

https://asemlak.az/

Yeni elanlar

15
Satış
Çıxarış var

Satılır 9 otaqlı həyət evi/bağ evi 450 m², Q...

920.000 ₼
Sahə 450 m² Torpaq sahəsi 6 sot Otaq sayı 9 Çıxarış var Nizami rayonunun prestijli və saki ...
3 450 m2
37
Satış
Çıxarış var
Təcili
Yeni

Satılır 7 otaqlı həyət evi/bağ evi 300 m², Q...

560.000 ₼
Qara Qarayev, Ayla sadlığ evi yaxınlığın da 3 sot həyat yani sahəsi çıxarış var, 3 mərtəbə ...
3 300 m2

Compare Listings

Şəmistan Nəbiyev