← Elanlara qayıt

Bakı şəhəri, Masazır — 3 otaqlı yeni tikili satılır

🏢 Yeni tikili · Satılır
90 000 AZN
Sahə 72,00 m²
Otaq sayı 3
Mərtəbə 5 / 5
Əmlak növü Yeni tikili

🏠 Əmlak haqqında

Masazır şəhərciyində, rahat və əlverişli ərazidə 3 otaqlı mənzil satışdadır. Mənzil təmirli vəziyyətdədir, damı (krişa) mövcuddur. İşıq və su daimidir, istilik sistemi kombi ilə təmin olunub. Hamamda su isidici yeni dəyişdirilib, mətbəxdə filter sistemi var. Sənəd – çıxarış ( kupça) mövcuddur. Mənzilin yerləşdiyi şəhərcikdə supermarketlər (Araz, Oba, Reyhan, Bravo), meyvə-tərəvəz və kənd məhsulları dükanları, ət dükanları, təndirxana, şirniyyat evləri, açıq və qapalı yeməkxanalar, restoranlar, dönərxanalar, bərbərxanalar, gözəllik salonları, dərzilər, inşaat və xırdavat dükanları, ofis ləvazimatları mağazaları, məktəb, abituriyent kursları, uşaq geyim mağazaları, apteklər, stomatoloq, avto yuma və avto təmir obyektləri, uşaq parkları, açıq və qapalı mini stadionlar və digər iaşə obyektləri mövcuddur. Uşaqlar üçün fiziki inkişaf və məşğələlər Əlincə FK tərəfindən təşkil olunur. Mənzildən duz gölünə və Sabah FK stadionuna mənzərə açılır; futbol matçlarını canlı olaraq izləmək mümkündür. Həmçinin şəhərcik daxilində piyada məsafədə trenajor zalı, üzgüçülük hovuzu, məktəb və müxtəlif restoranlar yerləşir. Mənzil dəyərindən ucuz qiymətə satılır və real alıcıya endirim mümkündür.KOD:7171

📍 Ünvan

Bakı, Abşeron, Masazır, Masazır qəsebəsi
👁️ Baxış: 1 🆔 ID: 244 🕒 28.10.2026

📍 Ərazi və yaxınlıqdakı obyektlər

🏠
Yaşayış ərazisi Abşeron
🛒
Mağazalar Yaxın ərazi
🏫
Məktəb Yaxın ərazi
🏥
Xəstəxana Yaxın ərazi