← Elanlara qayıt

Bakı şəhəri, Novxanı — 6 otaqlı həyət evi satılır

🏠 Həyət evləri · Satılır
265 000 AZN
Torpaq sahəsi 240,00 sot
Otaq sayı 6
Mərtəbə sayı 1
Əmlak növü Həyət evi

🏠 Əmlak haqqında

Novxanı qəsəbəsində əsas yoldan 150 metr məsafədə 7 sot torpaq sahəsində yerləşən 240 m², 6 otaqlı, 1 mərtəbəli həyət evi satılır. Ev 2022-ci ildə şəxsi yaşayış üçün tikilib. 6 daş kürsülü, 12 kalonlu, qoşa daş və monolit konstruksiya ilə inşa olunub. Tavanın hündürlüyü 3.60 metrdir. Evin bütün döşəmələri isti pol sistemidir. Ev əşyalarla birlikdə satılır, elektronikalar götürülür. Həyətdə sanitar qovşağı olan 50 m² qış-yay mətbəxi, əlavə tikili və istirahət üçün besedka mövcuddur. Hovuz üçün hazır sahə var. Geniş və rahat həyəti olan evin girişində keyfiyyətli aqlay daşlarla bəzədilmiş, uzaqdan idarə olunan jalüz və domofon sistemi ilə işləyən qapı quraşdırılıb. Evin hər tərəfində təhlükəsizlik kameraları mövcuddur. Ev sakit və əlverişli ərazidə yerləşir. Dənizə, əsas yola və magistrala rahat çıxış var. Ətrafda yaşayış evləri mövcuddur. Yol infrastrukturu yaxşıdır və Bakı şəhərinə rahat çıxış imkanı var. Torpaq və tikili üzrə bütün sənədlər qaydasındadır. Paket çıxarış (kupça) mövcuddur. Belə keyfiyyətli və geniş həyətə sahib bağ evləri bazarda nadir hallarda olur! Təcili satılır. KOD:8587

📍 Ünvan

Bakı, Abşeron, Novxanı, Xırdalan
👁️ Baxış: 0 🆔 ID: 2 🕒 29.09.2026

📍 Ərazi və yaxınlıqdakı obyektlər

🏠
Yaşayış ərazisi Abşeron
🛒
Mağazalar Yaxın ərazi
🏫
Məktəb Yaxın ərazi
🏥
Xəstəxana Yaxın ərazi