← Elanlara qayıt

Bakı şəhəri, Mehdiabad — 11 sot həyət evi satılır

🏠 Həyət evləri · Satılır
315 000 AZN
Torpaq sahəsi 11,00 sot
Otaq sayı 14
Mərtəbə sayı 3
Əmlak növü Həyət evi

🏠 Əmlak haqqında

Təmir yoxdur Mehdiabad qəsəbəsində 11 sot torpaq sahəsində 14 otaqlı, 400 m², həyət evi satılır.İpotekaya yararlıdır, fərdi yaşayış təyinatlı çıxarışı var (kupça) və bütün sənədləri tam qaydasındadır. Ümumi sahəsi təxminən 400 m² olan evdə 14 otaq, böyük mətbəx, 3 geniş sanitar qovşaq, açıq eyvan və 3 maşınlıq geniş qaraj mövcuddur. Otaqların 4-ü yarımzirzəmi hissəsində yerləşir. Tikinti zamanı bütün texniki standartlara ciddi şəkildə əməl olunub və yalnız yüksək keyfiyyətli materiallardan istifadə edilib. Evin konstruksiyasında Rusiya istehsalı armatur, 300-400 marka beton, Holcim və Norm sement, Abşeron hörgü daşı kimi möhkəm və etibarlı materiallardan istifadə olunub. Zirzəmidən damadək bütün mərtəbələrarası hissələr kolon və rigel üzərində ikiqat setkalı monolit betonla tikilib. Beton döşəmələrin qalınlığı minimum 45–48 sm-dir. Dam örtüyü yüksək keyfiyyətli materiallarla qurulub, istifadə edilən taxtalar isə xüsusi sifarişlə normativ ölçülərdə hazırlanıb. Həyətdə əlavə olaraq 40 m² texniki ev, sanitar qovşaq, dekorativ tikililər və ev heyvanlarının saxlanılması üçün ayrıca sahələr mövcuddur. Ərazi bütün kommunal xətlərlə – işıq, qaz, su, internet və kanalizasiya sistemi ilə tam təmin olunub. Həyətdə iki ayrı su xətti, tam izolyasiyalı 20 tonluq yeraltı su anbarı və motorxana inşa edilib. Bundan əlavə, həyətdə 4–5 illik müxtəlif meyvə ağacları, seçmə üzüm və gül növləri əkilib. Keyfiyyətli tikintisi, əlverişli yerləşməsi və geniş imkanları ilə bu əmlak həm şəxsi yaşayış, həm də özəl bağça və digər kommersiya məqsədləri üçün ideal seçimdir.KOD:0375

📍 Ünvan

Bakı, Abşeron, Mehdiabad, mehdiabad
👁️ Baxış: 2 🆔 ID: 165 🕒 20.10.2026

📍 Ərazi və yaxınlıqdakı obyektlər

🏠
Yaşayış ərazisi Abşeron
🛒
Mağazalar Yaxın ərazi
🏫
Məktəb Yaxın ərazi
🏥
Xəstəxana Yaxın ərazi