Advanced Search

We found 0 results. View results

Satılır 3 otaqlı yeni tikili 132 m², Nəsimi m.

360.000 ₼
Çıxarış var

Əmlak Detalları

  • Updated On:
  • 10 Aprel 2026
  • 3 Rooms
  • 132 m2
  • Property ID
  • 86680

Açıqlama

Mərtəbə 15 / 16

Sahə 132 m²

Otaq sayı 3

Çıxarış var

Binəqədi rayonu, 6-cı mikrorayonda, Nəsimi metrosuna piyada cəmi 3 dəqiqəlik məsafədə, Zeytun Bağı restoranının yaxınlığında yerləşən mənzil satılır. Mənzilin çıxarışı (kupçası) var və ipotekaya yararlıdır. Bina RAS-M MMC tərəfindən inşa olunub və tam yaşayışlıdır.

Ümumi sahəsi 132 kv.m (kupçada 130 kv.m) olan mənzil 16 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Mənzil mansard deyil və lift birbaşa mərtəbəyə qədər qalxır. Qanuni 3 otaqdan ibarətdir və bütün otaqlar işıqlıdır, hər birində pəncərə mövcuddur. Mənzil skvaznoy planlaşdırmaya malikdir.

Ev zövqlə neoklassik üslubda tam təmir olunub və təmirdən sonra cəmi 5 il istifadə edilib. Döşəmələr parketdir, mətbəx və kolidorda isə isti döşəməli qranit istifadə olunub. Divarlar kolidor və qonaq otağında lepka və emulsya, mətbəx və yataq otaqlarında isə oboy ilə işlənib. Tavan hündürlüyü 3.3 metrdir.

İstilik sistemi kombidir (Dəmirdöküm). Su təminatı üçün həm ana xəttdə 3-lü filtr sistemi, həm də mətbəxdə içməli su üçün ayrıca filtr quraşdırılıb. Mənzil bütün mebel ilə birlikdə satılır (elektron əşyalar istisna olmaqla) və mebellər yüksək keyfiyyətli taxta materialdan hazırlanıb.

Binada 2 lift (1 böyük, 1 kiçik) mövcuddur və əlavə olaraq ağır yüklər üçün lyubotka sistemi quraşdırılıb. Həyətdə yerüstü parkinq var, 7/24 mühafizə xidməti və təhlükəsizlik kameraları ilə təmin olunub. Giriş domofon və kod sistemi ilə həyata keçirilir. Kommunal xidmətlər (qaz, su, işıq) daimidir, kabel TV və internet mövcuddur. Aylıq kommunal haqqı cəmi 45 AZN təşkil edir.

Mənzilin ən böyük üstünlüklərindən biri onun mənzərəsidir – Zeytun Bağı restoranına və Heydər Məscidinə birbaşa, kəsilməz panoraması var. Həyət Zeytun Parkına çıxır və ərazi ekoloji baxımdan təmiz, sakit və təhlükəsizdir.

Ətrafda Bravo supermarket, uşaq bağçası, məktəb, idman zalı, aptek, kafe və restoranlar yerləşir. Bu mənzil həm komfortlu yaşayış, həm də sərfəli investisiya üçün ideal seçimdir. KOD: 1030

Address: Nasimi
State/County:
Country: Azərbaycan

Property Id: 86680
Price: 360.000 ₼
Property Size: 132 m2
Rooms: 3
Fərdi İD: 1030
Mərtəbə: 15
Mərtəbələrin sayı: 16

Other Features
Əşyalı
İşıq
İsti pol
Mətbəx mebeli
Su
Təbi qaz
Təmirli

Contact Me

https://asemlak.az/

Compare Listings

Şəmistan Nəbiyev